cümə axşamı 8 yanvar 2026 - 16:39
Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Hövzə / Nəcəf şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai və onun elmi irsi” adlı beynəlxalq konfransın açılış mərasimində, həzrət Abbasın (ə) müqəddəs hərəminin məsul şəxsi iki böyük tədqiqat layihəsi çərçivəsində nəşr olunmuş cildlərin təqdimatını həyata keçirdi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, mücahid alim Ayətullah Seyid Məhəmməd Təbatəbainin «Mücahid seyid» adı ilə tanınan xatirəsini və elmi-fikri irsini yaşatmaq məqsədilə «Mücahid seyid və onun elmi irsi» adlı beynəlxalq elmi konfrans çərşənbə günü, 7 yanvar tarixində müqəddəs Nəcəf şəhərində konfransın açılışı oldu.

Bu mühüm elmi tədbir “Həzrət Abbasın (ə) müqəddəs hərəmi” “İrsin Bərpası üzrə Ali Qərargah” və “Şeyx Tusi Tədqiqat Mərkəzi” adlı üç qurumun əməkdaşlığı ilə təşkil olunmuşdur. Proqrama əsasən, ikinci gün 8 yanvar cümə axşamı günü Kərbəlada və həzrət Abbasın (ə) müqəddəs hərəmində davam etdirilmişdir.

Fiqh və tədqiqat sahəsinin təqdimatı

Açılış mərasiminin ən yadda qalan məqamı bir qrup görkəmli tədqiqatçının uzun illər ərzində apardığı araşdırmaların nəticəsi olan iki möhtəşəm ensiklopediyanın tarixi açılışı oldu. Həzrət Abbasın (ə) müqəddəs hərəminin məsul şəxsi höccətül-islam vəl-müslimin Seyid Əhməd Safi bu iki əsəri möhtəşəm bir mərasimlə təqdim etdi.

«Əl-mənahil» ensiklopediyası: Bu ensiklopediya Ayətullah Seyid Məhəmməd Təbatəbai tərəfindən yazılmış fiqhi əsərlər toplusudur və yekunda təxminən əlli cilddə nəşr ediləcək. İlk on səkkiz cildi bu mərasimdə, həmçinin kitab və müəllifin tanıdılmasına həsr olunmuş geniş giriş məzmunlu bir cildi təqdim olundu.

«Ayətullah Seyid Məhəmməd Təbatəbai və onun elmi irsi» ensiklopediyası: Ayətullah Seyid Məhəmməd Təbatəbainin əsas mətnlərinin tədqiqi və düzəldilməsi həmçinin onun düşüncə və baxışlarına dair ixtisaslaşmış araşdırmalar, eləcə də yerli və xarici tədqiqatçıların elmi məqalələr toplusu iyirmi iki cilddən ibarət olaraq üç əsas istiqamət üzrə tərtib edilmişdir.Bu layihə İran, Livan, Küveyt və İraq kimi ölkələrdən olan onlarla araşdırmaçının iştirakı ilə həyata keçirilmişdir.

Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Həzrət Abbasın (ə) müqəddəs hərəminin məsul şəxsi yazılı irsin taleyi ilə bağlı ciddi xəbərdarlıq etdi

Mərasimdə çıxış edən həzrət Abbasın (ə) müqəddəs hərəminin məsul şəxsi höccətül-islam vəl-müslimin Seyid Əhməd Safi "Ayətullah Seyid Məhəmməd Təbatəbainin" elmi və cihadçı məqamını yüksək qiymətləndirərək, çıxışının əsas mövzusunu alimlərin yazılı irs xəzinələrinin üzləşdiyi təhlükələr barədə ciddi xəbərdarlıq edərək onların qorunmasının böyük əhəmiyyət daşımasını xüsusi vurğulamışdır.

Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Safi

O, İraqın hadisələrlə dolu tarixinə toxunaraq bildirib: Bu hadisələr qeyri-sabitliyə səbəb olması ilə yanaşı elmi xəzinələrin çoxalmasına səbəb olub.

“Təəssüf ki, çox sayda əlyazma bizə çatmayıb. İndi də əgər onların toplanması üçün tədbir görülməsə, bu əlyazmalar onların dəyərini bilməyən şəxslərə ən aşağı qiymətə satıla bilər. Bu halda onların tarixi və məzmunu itiriləcək və taleyi məlum olmayacaqdır.

Daha sonra o, səhlənkarlığın nəticələrini göstərmək üçün 1991-ci il Şabaniyyə üsyanı dövrünə aid acı bir xatirəni bölüşərək əlavə etdi: Həmin dövrdə bu qiymətli mirasların nə qədərinin o vaxtkı hökumətin şeytanları tərəfindən parçalandığının və hətta yanacaq kimi, məsələn, çay dəmləmək üçün istifadə edildiyinin şahidi olduğumuz danılmazdır! Bu, təkrarlanmamalı olan mədəni bir fəlakətdir.

O, vurğuladı ki, Əhli-Beyt (ə) və şiə alimlərinin irsinə diqqət göstərmək “əxlaqi və dini bir vəzifədir. Həzrət Abbasın (ə) müqəddəs hərəmi bu təhlükə və məsuliyyəti öz üzərinə götürərək bu irsin qorunması və dirçəldilməsini ciddi prioritet hesab edir.

Ayətullah Seyid Məhəmməd Təbatəbai altı əsas hissədə təqdim olundu

İrsin Bərpası üzrə Ali Qərargahı təmsil edən höccətül-islam vəl-müslimin Seyid Əbdül Həkim Safi çıxışında Mücahid seyidin həyatını təqdim edərək onu altı əsas hissədə izah etdi. Aşağıda bu hissələrin xülasəsi təqdim olunur:

Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Höccətül-İslam vəl müslimin Seyyid Əbdülhəkim Safi

1. Anadan olması və ailəsi: O, Kərbəla şəhərində anadan olmuşdur. Atası "Riyazül-məsail” əsərinin müəllifi Ayətullah Seyid Əli Təbatəbai idi.Anası isə Ayətullah Vahid Bəhbəhaninin qızı, qayınatası isə Ayətullah Seyid Məhəmməd Məhdi Bəhrul-ulum olmuşdur.

2. Təhsil və tədris: Ayətullah Seyid Məhəmməd Təbatəbai ilkin elmləri Kərbəlada atası və digər müəllimlərindən öyrəndi. Daha sonra təhsilini davam etdirmək üçün Nəcəf şəhərinə getdi və Seyid Məhəmməd Məhdi Bəhrul-ulumun dərslərində iştirak etdi. Nəql olunur ki, Riyazül-məsailin" sahibi olan atası, oğlunun biliyinə inandığı üçün onun yanında fətva verməyib. Buna görə, Seyid Məhəmməd Təbatəbai atasına hörmət əlaməti olaraq Nəcəfi tərk edib İsfahana köçdü, daha sonra atası vəfat etdikdən sonra Kərbəlaya qayıdıb mərcəyi-təqlid məsuliyyətini öz üzərinə götürüb.

3. Şagirdləri: Onun dərs dairəsi bir çox böyük alimin yetişdiyi mərkəz oldu. Buna Şeyx Mürtəza Ənsari, Seyid İbrahim Qəzvini (Zavabit əsərinin müəllifi) və Şəriful-üləma Mazandarani kimi böyük alimlərin adlarını çəkmək olar.

4. Əsərləri: Ayətullah Seyid Məhəmməd Təbatəbaidən elmi və əbədiyyət qazanmış əsərlər qalmışdır. Onların arasında ən məşhurları “Əl-mənahil” və “Məfatihul-üsul” əsərləridir.

5. Cihad və vəfatı: İslam torpaqlarına düşmən hücumu zamanı (Rusiyanın İrana hücumu), Ayətullah Seyid Məhəmməd Təbatəbai cihad fətvası verərək və döyüş meydanında rəhbərlik göstərərək “Mücahid” ləqəbini əbədiləşdirdi. O, 1826-cı ildə vəfat etdi.

6. İrsin dirçəldilməsi (cari konfrans): Bu konfrans və əsərlərin nəşr layihəsi, Ayətullah Seyid Məhəmməd Təbatəbainin xatirəsini və düşüncələrini yaşatmaq üçün praktiki bir təşəbbüs hesab olunur.

Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Nəcəf və Kərbəla şəhərində keçirilən “Ayətullah Seyid Məhəmməd Təbatəbai” adına beynəlxalq konfransda iki böyük ensiklopediyanın təqdimatı və əlyazmaların məhv olması ilə bağlı xəbərdarlıq edilib

Konfransın davamı və məqsədləri

Bu iki günlük konfransın tədqiqat sessiyaları cümə axşamı günü Kərbəlada həzrət Abbas (ə) hərəmində keçiriləcək. Sessiyalarda yerli və xarici tədqiqatçılar tərəfindən təqdim olunmuş elmi məqalələr müzakirə edilib və təhlil olunacaq.

Bu konfransın əsas məqsədi, anım mərasimindən əlavə, Ayətullah Seyid Məhəmməd Təbatəbainin əsərlərini tanıtmaq, araşdırmaq, nəşr etmək və öyrənmək yolu ilə onun irsini elmi cəhətdən canlandırmaqdır. Bu təşəbbüs unudulmaq və ya məhv olmaq təhlükəsi ilə üzləşə biləcək digər şiə alimlərinin irsinə toxunmaq üçün bir nümunədir.

Ayətullah Seyid Məhəmməd Təbatəbai haqqında daha geniş tanışlıq

Ayətullah Seyid Məhəmməd Təbatəbai (1180–1242 hicri-qəməri), on üçüncü hicri əsrdə böyük təqlid mərcələrindən biri olmuşdur. Onun şöhrəti, mərcəiyyət elmi ilə cihadçı rəhbərliyi birləşdirməsi səbəbindən yaranmışdır.

Rusiya İrana hücum edərkən, Fətəli şah Qacar dövründə o, cihad fətvası verərək həmçinin döyüş meydanında iştirak edərək, mərcəyi-təqlid məsuliyyətini öz üzərinə götürmüşdür. Onun məzarı Kərbəlada iki müqəddəs hərəmin yaxınlığında yerləşir.


(*) Şabaniyyə üsyanı 1991-ci ildə İraq xalqının Səddam Hüseyn hökumətinə qarşı qaldırdığı və Bəəs rejimi tərəfindən qanlı repressiyalar və mədəni sərvətlərin geniş şəkildə dağıdılması ilə müşayiət olunan üsyanı ifadə edir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha